Bıçaqlanan taksi sürücüsü xətəxanada öldü

Bakıda avtomobilində bıçaqlanan taksi sürücüsü xəstəxanada ölüb. R.Hüseynov 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilərkən aqonal vəziyyətdə olub.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

9:07***

Nəsimi rayonunda bir nəfər avtomobilində naməlum şəraitdə bıçaqlanıb. Hadisə İbrahim Əbilov 81 ünvanında baş verib. 1981-ci il təvəllüdlü Hüseynov Rəşad Ədalət oğlu idarə etdiyi "Saipa" markalı avtomobili ilə yaşadığı "Kubinka" kimi tanınan əraziyə gəlib.

O, yaralı halda qonşularının köməkliyi ilə 1 saylı Kliniki Tibbi mərkəzə yerləşdirilib.

Məlum olub ki, R.Hüseynovun ürək nahiyəsinə iti alətlə xəsarət yetirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Hadisənin dəqiq harda, kim yaxud kimlər tərəfindən törədildiyi araşdırılır. (Report)

DİGƏR XƏBƏRLƏR

Top