Lavrov erməni həmkarı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Ermənistanın XİN rəhbəri Zoqrab Mnaçakanyanla ikitərəli münasibətləri və Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

"Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putinin mayın 14-də Soçidə keçirilmiş görüşləri kontekstində ikitərəfli əməkdaşlıq məsələlərinin geniş dairəsini müzakirə etmək nəzərdə tutulur", - deyə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Artyom Kojin bildirib.

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri üzrə fikir mübadiləsi aparılacaq", -deyə o əlavə edib.

Bu, Ermənistanda hökumət dəyişikliyindən sonra xarici siyasət idarəsi rəhbərliyinin Rusiya paytaxtına birinci səfəri olacaq. Mnaçakanyan mayın 12-də xarici işlər naziri vəzifəsində Edvard Nalbandyanı əvəz edib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putinin mayın 14-də Soçidə görüşüb.(Report)

DİGƏR XƏBƏRLƏR

Top