Telman İsmayılovun milyard dollarlıq oteli əlindən çıxır - TƏFƏRRÜAT

Azərbaycan əsilli oliqarx Telman İsmayılovun daha bir aktivi rəsmi şəkildə satılıb.

2009-cu ildə Türkiyənin turizm bölgəsi Antalyada 1.4 milyard dollar sərmayə ilə açılmış “Mardan Palace” oteli “Rixos” otellər qrupuna keçib.

Telman İsmayılovun müflisləşməsindən sonra bank tərəfindən əlindən alınan otelin administratoru Fettah Tamince otelin geri qaytarılması üçün çox cəhd etdiklərini bildirib:

“Təəssüf ki, masadan heç bir nəticə əldə etmədən qalxdıq. Ümid edirəm ki, bu müəssisə tezliklə Antalyaya, Türkiyəyə yenidən xidmət göstərə bilər”.

Xatırladaq ki, “Mardan Palace” Avropanın 5 ulduzlu ən lüks otelidir. Otelin 2009-cu il 23 mayda həyata keçirilən açılışına dünyaca məşhur ulduzlar – Meray Keri, Riçard Gir, Şeron Stoun, Monika Belluçi və Qazaxıstan prezidenti Nursultan Nazarbayov iştirak etmişdi. (Minval.info)

DİGƏR XƏBƏRLƏR

Top