Sürücülük vəsiqələrinin rüsumu artırıldı

Azərbaycanda sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumu artırılır. Bu, “Dövlət Rüsumu haqqında” qanuna dəyişiklik layihəsində öz əksində tapıb.

Layihəyə əsasən, avto-nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumu 25 manatadək artırılır.

Qeyd edək ki, qüvvədə olan qanuna görə avto-nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumu 18 manatdır. (APA)

DİGƏR XƏBƏRLƏR

Top