Polis azərbaycanlını öldürən Türkiyə vətəndaşını axtarır

Bakıda avtomobillə adam vurub öldürən Türkiyə vətəndaşı gizlənib. Bu barədə Sputnik Azərbaycan-a Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.

Sabunçu RPİ-nin 12-ci bölməsinin əməkdaşları artıq onların ərazisində Bakı sakini İman İmanovu vuran Türkiyə vətəndaşının şəxsiyyətini müəyyən ediblər. Qeyd edək ki, İman İmanov aldığı travmadan hadisə yerindəcə dünyasını dəyişib. Avtomobilin sürücüsü yol-nəqliyyat hadisəsinin baş verdiyi yerdən qaçaraq gizlənib.

Araşdırma zamanı məlum olub ki, yol-nəqliyyat qəzası 1963-cü il təvəllüdlü Türkiyə sakini Bölükbaşı Loğman Abdulvahab oğlunun iştirakı ilə törədilib. Kişi 99 FO 830 dövlət nömrə nişanlı Mersedes markalı avtomobillə qəza törədib. Polis isti izlərlə müəyyən edib ki, sözügedən avtomobil "Albalılıq" yaşayış məskənində yaşayan 1983-cü il təvəllüdlü İlhamə Məmmədovanın həyətindədir. İlhamə Məmmədova Türkiyə vətəndaşının baldızıdır. Polis Bölükbaşının özünü hələlik saxlamayıb, çünki o, gizlənir. Polis onun axtarışı istiqamətində işini davam etdirir.



DİGƏR XƏBƏRLƏR

Top