Ermənistan Kassasiya Məhkəməsinin sədri istefa verib

Ermənistan Kassasiya Məhkəməsinin sədri Arman Mkrtumyan istefa verib. Ermənistan KİV xəbər verir ki, o, bu barədə Ali Məhkəmə Şurasına ərizəsində bildirib. A.Mkrtumyan yarandığı gündən, 1998-ci il iyulun 8-dən Kassasiya Məhkəməsinin sədri işlədiyini vurğulayıb: “On ildir Ermənistan Kassasiya Məhkəməsinə sədrlik edirəm”.

Məhkəmə sədri ərizəsində məsələyə Şuranın növbəti iclasında özünün iştirakı olmadan baxılmasını və istefasının qəbul edilməsini istəyib.

A.Mkrtumyan istefasının səbəbini yerini gənclərə verməklə əsaslandırsa da, bunu ölkədə yeni hökumətin formalaşdırılması ilə əlaqələndirirlər.(Report)

DİGƏR XƏBƏRLƏR

Top