Ötən il ərzində incəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatları şəkilində 782,5 min manat vəsait xərclənib. Yeniavaz.com Hesablama Palatasının Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsinin icrasına dair illik hesabata verdiyi rəyinə istinadən bildirir ki, bu göstərici 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 6,5 min manat çox olub. Azərbaycan Respublikası Prezidentinin incəsənət xadimləri üçün təsis etdiyi mükafatlarla 2017-ci ildə 130 nəfər təmin olunub. Bu isə o deməkdir ki, hər bir incəsənət xadiminə il ərzində 6019 manat vəsait ayrılıb.