Cəlilabadda nə baş verir: DAHA BİR MƏMUR işdən çıxarıldı

Cəlilabad rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, müvafiq əmrlə şöbənin müdiri Elminaz Nadirova işdən çıxarılıb.

Onun yerinə hələlik təyinat yoxdur.

Şöbə müdirinin vəzifələrinin icrası müdir müavini Hafiz Cavadova tapşırılıb.

Qeyd edək ki, Cəlilabad rayonunda daha iki vəzifəli şəxs işdən çıxarılmışdı.

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Malik Şərbətov, Rayonun Gənclər və İdman İdarəsinin rəisi Ramil Urşan oğlu Rəhimov da tutduğu vəzifədən azad ediliblər.

DİGƏR XƏBƏRLƏR

Top