Məhkəmə qərar verdi: "Gülər Əhmədova deputat kimi PENSİYA ALACAQ"

"Hüquqlarını müdafiə etdiyim AR Milli Məclisinin sabiq deputatı Gülər Əhmədovaya deputat kimi pensiya təyin olunmasına nail olduq".

Yeniavaz.com xəbər verir ki, bu barədə tanınmış vəkil Adəm Məmmədov bildirib.

Onun sözlərinə görə, 1 Saylı Bakı İnzibati-iqtisadi Məhkəməsi bununla bağlı qərar verib: "1 Saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin qərarına əsasən, Əhmədova Gülər Mikayıl qızına 30.05.2017-ci il tarixdən 2-ci dərəcə əlillik təyin olunması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə həvalə edilib".

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunan G. Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Bakı Apellyasiya Məhkəməsi isə G. Əhmədovaya 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza verib və o, azadlığa buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top