Bakıdakı kafe və restoranlarda 4 ay ərzində 268 milyon manat xərclənib


Bu ilin yanvar-aprel aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsi əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə real ifadədə 4,1 faiz artaraq 268 milyon manat olub. Yeniavaz.com Bakı şəhər Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, dövriyyənin 51,5 faizi hüquqi şəxs statuslu müəssisələrin, 48,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin yanvar-aprel aylarına nisbətən 22,2 faiz artaraq 137,9 milyon manat təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top