Putinə görə Vyana üzərində aviauçuşlar məhdudlaşdırılacaq

Rusiya prezidenti Vladimir Putinin iyunun 5-də Avstriyaya səfəri ilə əlaqədar paytaxt Vyana və qonşu regionlarda aviauçuşlar məhdudlaşdırılacaq. Bu barədə TASS agentliyi Avstriya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

V. Putinin işgüzar səfəri zamanı avstriyalı həmkarı Aleksander Van der Bellen ilə görüşü nəzərdə tutulub. Təhlükəsizliyin təmin edilməsi üçün 800-dən çox hərbçi, 10 hərbi təyyarə və 7 vertolyot cəlb olunacaq. Müdafiə Nazirliyi şəhər sakinlərinin Vyana səmasında təhlükəsizliyin təmini üçün təyyarə və vertolyotların uçuşuna anlayışla yanaşmasını xahiş edib.(Modern.az)

DİGƏR XƏBƏRLƏR

Top