UEFA "Barselona"ya yenidən transfer qadağası qoya bilər

"Barselona"ya qarşı sanksiyalar tətbiq edə bilər. Katalonların "Atletiko Madrid"in hücumçusu Antuan Qrizmanla nümayişkaranə maraqlanması qurumun xoşuna gəlməyib. Qaydalara əsasən, bir futbolçu digər klubla müqaviləsinin sonuna 6 ay qalmış birbaşa danışıqlar aparmaq hüququna malikdir. Ötən yay "Atletiko" ilə yeni anlaşma imzalayan Qrizmann isə bu kateqoriyaya daxil deyil. Barcelona-nın fransalı futbolçu ilə təmas qurması təsdiqini tapsa, katalonlar qarşıdakı 4 transfer pəncərəsində oyunçu qeydiyyatdan keçirə bilməyəcək.

Qeyd edək ki, İspaniya mətbuatı "Barselona"nın Qrizmanna qərar qəbul etmək üçün bir neçə gün vaxt verdiyini yazır.(Goal.az)

DİGƏR XƏBƏRLƏR

Top