Sumqayıtda piyada səkilərini kimlər zəbt edib?

Sumqayıtda piyada yolunun bağlanması sakinlər üçün təhlükəli vəziyyət yaradıb. Şəhərin 6-cı mikrorayon ərazisində, Cəlil Məmmədquluzadə küçəsində avtomobillərin gediş-gəlişi məqsədilə nəzərdə tutulan yol sakinlər üçün təhlükəyə çevrilib.

Ərazidə tikinti işlərinin aparılması və sakinlərin gediş-gəlişi üçün nəzərdə tutulmuş səki üzərində bəzi işbazlar tərəfindən meyvə-tərəvəz mağazasının fəaliyyətə başlaması bir sıra çətinlikləri ortaya çıxarıb. Sakinlər istər gündüz, istərsə də axşam saatlarında nəqliyyat vasitələrinin hərəkət etdiyi küçənin mərkəzi ilə gedib-gəlmək məcburiyyətində qalırlar. Bu da həm sürücülərə qəza şəraiti yaradır, həm də sakinlər üçün təhlükə törədir.

Sakinlər bildiriblər ki, problemdən aidiyyatı qurumlar da xəbərdardır. Lakin tədbir görülmür. (Report)

DİGƏR XƏBƏRLƏR

Top