Suriyada azərbaycanlı İŞİD komandiri öldürülüb

Suriyanın İdlib əyalətində İŞİD dəstələrinə kamandanlıq edən azərbaycanlı öldürülüb.

Regionda təhlükəsizliyin təmin edilməsi üçün “Həyat Təhrir Şam” qruplaşması İŞİD-ə qarşı xüsusi əməliyyat keçirib.

Əməliyyat zamanı İdlibin şərqində İŞİD-in gizli düşərgəsi aşkar edilib. Hücum zamanı İŞİD-in bir neçə yüksəkçinli komandirləri öldürülüb.

Öldürülənlər arasında Əbu Cəmal Azəri ləqəbli azərbaycanlı komandir də olub. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top