NATO İran-İsrail müharibəsində kimin tərəfini saxlayacağını açıqladı

İranın İsraillə müharibə aparacağı təqdirdə NATO Təl-Əvivin müdafiəsinə təminat verməyəcək.

Yeniavaz.com-un RBK-ya istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, NATO İsraillə tərəfdaşlıq münasibətləri saxlayır.

Y. Stoltenberq qeyd edib ki, Şimali atlantik müqaviləsi yalnız hərbi-siyasi blokun üzvlərinə təhlükəsizlik zəmanəti verir: "İsrail bizim tərəfdaşımızdır, lakin NATO-nun üzvü deyil. NATO Yaxın Şərqdə nizamlanma prosesində və regionda hərbi münaqişələrdə iştirak etmir. Bu bizim işimiz deyil".

DİGƏR XƏBƏRLƏR

Top