Suriyada rejim və YPG razılığa gəldi

Suriyada Bəşər Əsəd rejimi və YPG/PKK terrorçuları arasında neft müqabilində yanacağın verilməsi ilə bağlı razılıq əldə olunub.

Yeniavaz.com-un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, terrorçular nəzarət etdikləri ərazilərdə yerləşən "Əl-Ömər" yatağından rejimə xam neft verəcək və əvəzində yanacaq alacaq. "Əl-Ömər" bölgədə ən iri yataqdır. Razılaşmaya əsasən, rejim aldığı hər 100 barel xam neftə görə terrorçulara 75 barel yanacaq verəcək.

DİGƏR XƏBƏRLƏR

Top