Varlı ölkələrdə işsizlərin sayı kasıb ölkələrdən daha çoxdur - CƏDVƏL

Bu ilin may ayının əvvəlinə olan məlumata görə Azərbaycanda 252,7 min nəfər işsizdir. Yeniavaz.com-un Dövlət Statistika Komitəsindən açıqladığı statistik göstəricilərə istinadən apardığı hesablama göstərir ki, iqtisadi fəal əhalinin 4,9%-i hazırda işsizdir.

Məlumat üçün qeyd edək ki, 4,9% işsizlik səviyyəsinə görə Azərbaycan dünya ölkələri arasında orta sıralarda qərarlaşıb. Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, hazırda dünyada işsiz insanların ən çox olduğu ölkə Cibuti hesab olunur. Bu ölkədə iqtisadi fəal əhalinin yarıdan çoxu - 56%-i işləmir. İşsiz insanların ən az olduğu ölkə isə Qətər hesab edilir. Qətərdə işsizlik səviyyəsi cəmi 0,1%-ə bərabərdir.

İşsizliklə bağlı diqqət çəkən məqamlardan biri isə odur ki, hər hansı bir ölkədə işsiz insanların sayının çox olması həmin ölkənin iqtisadi cəhətdən inkişaf etmədiyi mənasına gəlməmlidir. Məsələn, İsveçrə kimi iqtisadi cəhətdən inkişaf etmiş bir ölkədə işsizlik səviyyəsi Niger kimi iqtisadi cəhətdən inkişaf etməmiş ölkədəki işsizlik səviyyəsindən dəfələrlə yüksəkdir. Son məlumatlara görə İsveçrədə iqtisadi fəal əhalinin 6,8%-i, Nigerdə isə 2,6%-i işsizdir. Beynəlxalq Valyuta Fondunun (BVF) açıqladığı sonuncu məlumata görə, İsveçrədə adambaşına düşən ümumi daxili məhsul (ÜDM) 60 500 dollar olduğu halda Nigerdə bundan 52 dəfə az - 1160 dollar olub

Bəzi ölkələrdə işsizlik səviyyəsi və adambaşına düşən ümumi daxili məhsul - ÜDM (Alıcılıq qabiliyyəti paritetinə (AQP) görə):

DİGƏR XƏBƏRLƏR

Top