Xarici işlər naziri: "İlham Əliyev və Nikol Paşinyan arasında yaxın həftələrdə görüş olacaq"

Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevarasında yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair birbaşa danışıqlar ola bilər.

Bu barədə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan "Armenia" telekanalına bildirib.

"Gəlin tələsməyək. Bilirsiniz ki, danışıqlar prosesində iştirak etmiş müxtəlif vəzifəli şəxslərlə telefon danışıqları aparmışam. Birbaşa təmaslar olacaq. Mən aylar deyil, həftələri nəzərdə tuturam", - deyə o qeyd edib. (APA)

DİGƏR XƏBƏRLƏR

Top