Əsəd: Suriyada müharibə tezliklə qurtaracaq

Suriya hakimiyyəti bütün ölkə ərazisi üzərində nəzarəti bərpa etməyi planlaşdırır.

Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Suriya Prezidenti Bəşər Əsəd deyib.

O bildirib: “Biz bütün əraziləri azad etməliyik. Suriya ərazisinin heç bir rayonunu dövlətin nəzarətindən kənar qoya bilmərik”.

B.Əsəd əlavə edib ki, Suriyada müharibə tezliklə hökumət qüvvələrinin qələbəsi ilə yekunlaşacaq: “Həmişə demişəm ki, kənardan müdaxlilə olmasaydı, bunun üçün bizə bir il vaxt lazım olacaqdı. Lakin dəqiq tarixi söyləmək çətindir”.

O, Suriya ordusunun Suriya Demokratik Qüvvələri koalisiyası lə danışıqlara hazır olduğunu bəyan edib: “Lakin dialoq uğursuzluğa düçar olarsa, ölkəni güclə azad etməyə davam edəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top