Son 25 ildə Rusiyada qətlə yetirilən jurnalistlərin sayı - İNFOQRAFİKA

Rusiyalı jurnalist Arkadi Babçenkonun Kiyevdə öldürülməsi barədə məlumatın yayılması və daha sonra bu məlumatın yalan olduğunun açıqlanması dünya mətbuatının diqqətini son 25 ildə qətlə yetirilən rusiyalı jurnalistlərə yönəldib. Yeniavaz.com Rusiyada Jurnalistlərin Qorunması üzrə Komitənin açıqladığı məlumata istinadən bildirir ki, son 25 il ərzində Rusiya ərazisində 58 jurnalist qətlə yetirilib və onların yarıdan çoxunun - 33 nəfərinin qatili hələ də tapılmayıb.

Jurnalistlərin ən çox öldürüldüyü il 1993 və 1995-ci illər olub. Bu iki il ərzində 16 rusiyalı jurnalist qətlə yetirilib. 2001, 2007, 2011 və 2012-ci illər ərzində isə hər ildə cəmi 1 jurnalist olmaqla ümumilikdə 4 jurnalist öldürülüb. Son 25 il ərzində yalnız 1997, 2010, 2014, 2015 və 2016-cı illərdə jurnalistlər qətlə yetirilməyiblər. Ötən il ərzində isə Rusiyada 2 jurnalist öldürülüb.

DİGƏR XƏBƏRLƏR

Top