200 manatlığı bu bankomatlardan əldə etmək olar

Ölkəmizdə tədavülə yenicə buraxılmış 200 manatlıq əskinasları indi Azərbaycan Beynəlxalq Bankının bankomatlarından əldə etmək olar.

Bu barədə bankın mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, bank bu gündən etibarən inkassasiya zamanı bəzi bankomatlarında digər nominallarla yanaşı, 200 manatlıq əskinasların da yerləşdirilməsinə başlayıb. Hazırda 200 manatlıq əskinasları müştərilər bankın Baş ofis binası, Səbail filialı, Nəsimi filialı, Mərkəzi filialı, Port Baku və Socar Tower-dəki bankomatlarından əldə edə bilərlər. Yaxın günlərdə Azərbaycan Beynəlxalq Bankının bəzi digər bankomatlarında da bu əskinaslarla nağdlaşdırma aparmaq mümkün olacaq.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı ölkə üzrə ən böyük bankomat şəbəkəsinə malik bankdır. Bankın respublikamızın müxtəlif regionlarını əhatə edən 763 bankomatı müştərilərin xidmətindədir. (Modern.az)

DİGƏR XƏBƏRLƏR

Top