İŞİD Lyejdəki hücuma görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD terror qruplaşması Belçikanın Lyej şəhərində 3 nəfərin ölümü və 2 nəfərin yaralanması ilə nəticələnən silahlı insidentə görə məsuliyyəti öz üzərinə götürüb.

Bundan əvvəl Belçika prokurorluğu tərəfindən terror aktı versiyasının nəzərdən keçirildiyi bildirilirdi.

Ötən gün Lyej şəhərində bıçaqla silahlanmış şəxs iki qadın polis əməkdaşına hücum edib, onlardan birini tərksilah edərək ikisini də güllələyib. Hadisə yerindən uzaqlaşarkən cinayətkar həmçinin yoldan keçən avtomobilə atəş açıb, nəticədə 22 yaşlı tələbə ölüb.

Lisey ərazisində gizlənməyə cəhd edən və orada iki qadına xəsarət yetirən silahlı hadisə yerinə cəlb edilən polis tərəfindən məhv edilib. Son məlumata əsasən, cinayətkar bu yaxınlarda cəza müəssisəndən çıxıb və əvvəllər bir sıra cinayət işlərinin fiqurantı olub. (APA)

DİGƏR XƏBƏRLƏR

Top