Murad Dadaşov ört-basdır etməyə çalışsa da...

“Maşın” realiti-şousunun 16-cı mövsümündə yarışmanı tərk edən ilk iştirakçı məlum olub.

İştirakçılardan Ələkbər Yasamallı danışarkən hər iki əlini maşından çəkib. Bu zaman aparıcı Murad Dadaşov bunu görsə də, Ələkbərin qolundan yapışaraq onun qaydanı pozmasını ört-basdır etməyə çalışıb.

Lakin, dəqiqələr ərzində sosial şəbəkə istifadəçiləri tərəfindən verilişə bununla bağlı çoxsaylı müraciətlər daxil olub. Yalnız prodüserlər tərəfindən M.Dadaşova məlumat verildikdən sonra, o, həmin məsələyə qayıdıb. Beləliklə, həmin qayda pozuntusu efirdə təkrar göstərilib və Ə.Yasamallı qaydaları pozduğu üçün şoudan uzaqlaşdırılıb.

Qeyd edək ki, səsverməyə çıxan Roza Zərgərli isə lazım olan səsi toplayaraq yarışmada qalıb.(qafqazinfo)

Maşın şou

DİGƏR XƏBƏRLƏR

Top