Bərdədə 6-cı sinif şagirdi itkin düşüb

Bərdə rayonunda 11 yaşlı uşaq itkin düşüb.

2007-ci il təvəllüdlü yerli sakin Hacızadə Sənan Emin oğlu bazar ertəsi səhər saatlarında rayonun Məhəmməd Əmin Rəsulzadə küçəsində yaşadıqları evdən çıxaraq geri qayıtmayıb.

Yaxınlarının dediyinə görə, S.Hacızadə səhər saatlarında evə ət almağa gedən zaman itgin düşüb. Onlar həmçinin uşağın əqli və fiziki cəhətdən heç bir probleminin olmadığını bildiriblər.

İki gündür itkin düşən uşaq 6-ci sinifdə oxuyur.

Hazırda Bərdə rayon Polis şöbəsi azyaşlının axtarışı ilə bağlı iş aparır.

Onu görənlərdən aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur: 051-476-61-42.

(Report)

DİGƏR XƏBƏRLƏR

Top