Kiyevdə rusiyalı jurnalist güllələnərək qətlə yetirilib

Rusiyalı jurnalist Arkadi Babçenko Kiyevdə güllələnərək qətlə yetirilib.

Ukrayna Milli Polisinin sözçüsü Yaroslav Trakalo jurnalistin xəstəxanaya aparılarkən "təcili yardım" maşınında öldüyünü deyib.

"Hadisə [Kiyevin] Dnepr rayonunda baş verib. Həyat yoldaşı vanna otağında olub. O, atəş səslərinə çıxıb və ərini qan içində görüb. "Təcili yardım" çağırıb, o, maşınla aparılarkən yolda keçinib", - deyə Trakalo bildirib.(Report)

DİGƏR XƏBƏRLƏR

Top