Alman dilini bilməyən qaçqının müavinəti azaldılacaq

Avstriyada alman dilini ilkin səviyyədə bilməyən hər bir qaçqının sosial müavinəti 300 avro azaldılacaq.

Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Avstriya hökuməti qərar qəbul edib.

Hazırda Avstriyada qaçqınlar üçün sosial müavinətin həcmi 863 avro təşkil edir.

Dilə yiyələnmə tələbi məhdud imkanları olan insanlara və Avropa İttifaqının bəzi ölkələrindən olan miqrantlara şamil edilməyəcək.

DİGƏR XƏBƏRLƏR

Top