Soros: Qlobal maliyyə böhranı olacaq

Avropa İttifaqı (Aİ) irimiqyaslı maliyyə böhranı ilə üzləşəcək.

Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu milyarder Corc Soros deyib.

Onun sözlərinə görə, böhran dolların məzənnəsinin artmasına və inkişaf etməkdə olan ölkələrdən kapitalın çıxmasına görə baş verəcək. Sahibkar sarsıntı üçün potensial səbəblər arasında İranın nüvə proqramı üzrə sazişin pozulmasını və Aİ və ABŞ transatlantik ittifaqının dağılmasını göstərib.

Milyarderin fikrincə, Avropanın problemini Afrika üçün “Marşal planı”nın köməkliyi ilə həll etmək olar: “Plan qitəyə miqrasiya yükünü azalda bilər. Bundan başqa, Aİ-nin strukturunu radikal dəyişmək lazımdır”.

DİGƏR XƏBƏRLƏR

Top