“1 barel neftin qiymətinin 100 dollaradək artacağını gözləmirəm”.
Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov deyib.
Onun sözlərinə görə, neftin belə yüksək qiymətə olacağını proqnozlaşdırmır: “Çünki hazırda qiymət OPEK+ sazişi ilə əldə olunmuş azalma ilə tənzimlənir. Bundan başqa, qiymət ABŞ-ın İran tərəfindən neftin ixracının məhdudlaşdırılması ilə bəyanatları, Venesuelada neft hasilatının kəskin düşməsi ilə təsirlənir. Bunlar hazırda dəyişə biləcək faktorlardır”.