Türkiyə Mərkəzi Bankından yeni faiz qərarı - LİRƏ BAHALANIR

Türkiyə Mərkəzi Bankı yeni fazi qərarını açıqlayıb. 1 İyun 2018-ci il tarixindən etibarən bir həftəlik repo faizi 16.5 faiz təşkil edəcəkdir: "Bir həftəlik repo hərracı faiz nisbəti Mərkəzi Bankın əsas pul siyasəti faizi olacaqdır. Bu nisbət, mövcud maliyyələşmə faizinə (16,50 faiz) bərabərdir. Mərkəzi Bankın gecəlik borclanma və borcvermə nisbətləri bir həftəliki repo faiz nisbətilə müqayisədə -/+ 150 bəndlik marja ilə müəyyən olunacaqdır".

23 May 2018-ci il tarixində Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) faiz dərəcəsini (Likvidlik pəncərəsini- GLP) 13.5%-dən 16.5%-ə qaldırmşdı.Həmin gün 4.9253 səviyyəsinə qalxan Dollar/TL məzənnəsi faiz qərarının ardından 4,54 səviyyəsinə qədər geriləmişdi. Sonradan məzənnə 4,80 səviyyəsinədək yüksəlmişdi.

Bu gün Türkiyə Mərkəzi Bankının açıqlamasından sonra da Türk Lirəsi bahalaşıb. Dollar/TL məzənnəsi 3%-dən çox düşərək 4.5752 səviyyəsinə geriləyib (Saat 14:16-yə olan məlumat). (marja)

DİGƏR XƏBƏRLƏR

Top