Polşa Prezidenti Andjey Duda NATO Parlament Assambleyasının yaz sessiyasının plenar iclasında bildirib ki, Rusiya alyans üçün əsas təhdiddir.
Yeniavaz.com-un RT-yə istinadən verdiyi məlumata görə, Prezident bildirib ki, NATO transatlantik birliyin vacibliyini unutmamalıdır.
O deyib: “Bizim təhlükəsizlik sistemimiz dünya və təhlükəsizlik üçün təhdid törədən oyunçular tərəfindən yoxlanılır.
Bunların ən ciddisi Rusiyadır. Rusiya beynəlxalq nizamın əsaslarını şübhə altına salır”.