Tbilisidə Azərbaycanın Respublika günü qeyd olunur

Tbilisidə 28 May – Azərbaycanın Respublika günü qeyd olunur. Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirlik əməkdaşları, SOCAR-ın Gürcüstan Nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Gürcüstanda Azərbaycanlı iş adamları Birliyinin (AZEBİ) üzvləri və ictimaiyyət nümayəndələri Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar.

Bu gün səfirlik tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan olunduğu indiki “Gənclər sarayı”nın binasında Respublika günü və AXC-nin 100 illiyinə həsr olunmuş rəsmi qəbul təşkil olunacaq. Tədbirdə Gürcüstanın dövlət və hökumət rəsmiləri, diplomatik korpusun nümayəndələri, ictimai xadimlər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edəcək.(APA)

DİGƏR XƏBƏRLƏR

Top