19 000 müəllimin biliyi yoxlanılır (VİDEO)

Uşaqları imtahan edən şəxslər bu gün özləri sınaqdan keçirlər. İyunun 2-nə qədər davam edəcək imtahanlarda 19 min müəllimin biliyi yoxlanacaq.

Diaqnostiq qiymətləndirmə imtahanı Azərbaycan Texniki Universitetinin idman zalında təşkil edilmişdi. Əvvəlcə iştirak etmək istəyən müəllimlərin şəxsiyyət vəsiqələri ilə namizəd olduğu dəqiqləşdirilirdi.

Sonra namizədlər şəxsi səhifələrində qeyd olunan saatda imtahana buraxılırdılar. Əgər namizədlərin iştirakı ilə bağlı hər hansı problem olarsa, yerindəcə araşdırılırdı.

Səhər saat ondan başlayan imtahan bir neçə dəfə keçirildi. Təhsil Nazirliyinin işçilərindən və könüllülərdən ibarət nəzarətçilər imtahanın gedişinə nəzarət etməklə yanaşı iştirakçıların suallarını cavablandırırdılar. İmtahanın gedişi zamanı qayda pozuntusu yalnız elektron hesablama maşınlarından istifadə cəhdləri olub.

İmtahan həyəcanı və ya səhhətindəki hər hansı bir natrahatlıqdan tibbi xidmətə ehtiyacı olanlar üşün binada təcili tibbi yardım briqadası xidmət göstərirdi.

(REAL TV)

diaq

DİGƏR XƏBƏRLƏR

Top