Ticarət Mərkəzindən oğurluq edənlər tutuldular

Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzində mağazanın pəncərə çərçivələrini oğurlamağa cəhd göstərmiş iki nəfər şəxs həmin ərazidə xidmət aparan Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən tutulub. Polis bölməsinə gətirilən şəxslərin Şəki rayon sakini,1972-ci il təvəllüdlü Qurbanəliyev Rəşid Dövlət oğlu və Sumqayıt şəhər sakini, 1992-ci il təvəllüdlü Zəkiyev Ceyhun Rəhim oğlunun olduğu müəyyən olunub.

Faktla bağlı Qaradağ RPİ-nin 10-cu PB-də araşdırma aparılır.

(lent.az)

DİGƏR XƏBƏRLƏR

Top