“Avropa şirkətləri İranı tərk etməli olacaqlar”

“Bəzi Avropa şirkətləri ABŞ-ın sanksiyalarına görə İrandakı fəaliyyətlərini başa vurmaq məcburiyyətində qalacaqlar”. Bu sözləri Almaniya kansleri Angela Merkel deyib: “Sanksiyalar ona gətirib çıxara bilər ki, bəzi Avropa şirkətləri İranı tərk etməli olacaqlar”.

Qeyd edək ki, mayın 8-də Birləşmiş Ştatlar İran nüvə proqramına dair birgə fəaliyyət planından çıxdığını elan etmişdi. Daha sonra ABŞ Maliyyə Nazirliyi bəyan edib ki, İrana qarşı sanksiyaların bərpası üçün 90 gündən 180 günə kimi vaxt lazımdır. (Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top