"ABŞ Gürcüstanın NATO-ya qoşulması üzərində işləyir"

ABŞ Gürcüstanın NATO-ya birləşdirilməsi üzərində işləyir. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Dövlət katibi Mayk Pompeo deyib.

O, ABŞ Nümayəndələr Palatasının Beynəlxalq işlər komitəsində konqresmenlər qarşısında çıxış edərkən bildirib: “Gürcüstana gəlincə, biz onların NATO0ya birləşdirilməsi üzərində iş aparırıq”.

Gürcüstanın xarici işlər naziri Mixail Canelidze Vaşinqtonda çıxış edərkən qeyd edib ki, Gürcüstan NATO standartlarına uyğunlaşma yolunda əhəmiyyətli irəliləyişə nail olub və ümid edir ki, alyansın iyul sammitində bu fakt rəsmi şəkildə təsbit ediləcək: “NATO Gürcüstan üçün ərazi bütövlüyünün əsas qarantıdır”.

Xatırladaq ki, NATO sammiti iyulu 11-12-də Brüsseldə keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top