Azərbaycanda yol polisi Harvardın tələbəsinə cərimə yazmadı - FOTO

"Dünən axşam təxminən 22:10-da Sumqayıtda, tanımamağım səbəbi ilə 6 gedişli yolun ən sağdakı xəttindən bütün yolu kəsərək geriyə dönüş etdim. Geriyə dönən zaman, yolun tən ortasında olanda bunu DYP-nin gözü qarşısında etdiyimi gördüm". Yeniavaz.com saytı xəbər verir ki, bunu sosial şəbəkədə maliyyəçi Daşqın Həmidzadə bildirib.

"Qayda pozuntusu etdiyimi bilirdim. DYP əməkdaşı yaxınlaşdı, sənədlərimi təqdim etdim. DYP qayda pozuntusunu izah etmək istəyəndə, qayda pozuntusu etdiyimi bildiyimi, Sumqayıtı tanımamağım səbəbi ilə belə qayda pozuntusu etməyə məcbur qaldığımı, üzrxahlıq edərək etdiyim hərəkətin hörmətsizlik kimi başa düşülməməsini, protokolun tərtib olunmasını və cəriməmi ödəməyə hazır olduğumu bildirdim.

DYP əməkdaşı getdi maşına, bir neçə dəqiqə sonra gələrək məni maşına dəvət etdi. Maşında məndən harada işlədiyimi və harada təhsil aldığımı soruşdular. Maliyyəçiyəm, maliyyə təlimləri verirəm dedim. Maliyyəni özüm öyrənmişəm, amma Harvard Universiteti ilə gücləndirmişəm söylədim.

Harvard Universiteti adını eşidib "Facebook" profilimə baxdı və sənədlərimi mənə qaytararaq həm təhsilimə, həm də təhsildə olan xidmətlərimə görə cərimə yazmayacağını dedi.

Çox təəssüf edirəm ki, həmin şəxsin ad-soyadını götürməyi unutdum.

Amma mən fəxr etdim ki, Azərbaycanımızda məhz belə polis əməkdaşları var. Həmin polis əməkdaşlarıdır ki, görülən və edilən polis xidmətini insan gözündə ucaldırlar. Həm də fəxr etdim ki, Azərbaycanımızda təhsilə bu qədər önəm verilir və diqqət ayrılır",-deyə Daşqın Həmidzadə vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top