Paşinyan indiki aksiyaları sabotaj adlandırdı

İrəvandakı vətəndaş itaətsizliyi aksiyası ya mitinqçilərin özünə qarşı işləyir, ya da sabotaj aksiyalarıdır.

Yeniavaz.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində yazıb.

N. Paşinyan bütün vətəndaş itaətsizliklərini dayandırmaq və mövcud problemlər ətrafında hökumətlə işləmək çağırışlarına bəzi vətəndaşların lazımi reaksiya verməməsini anlaşılmazlıqla qarşılayıb: “Əziz həmvətənlər, bir daha xahiş, çağırış edirəm və tələb edirəm ki, istisnasız bütün vətəndaş itaətsizlikləri dayandırılsın və sizi narahat edən məsələlərin həlli üçün hökumətlə birgə işlənilsin”.

DİGƏR XƏBƏRLƏR

Top