Fələstin İsraili beynəlxalq məhkəməyə verib

Fələstin İsraili Haaqa Beynəlxaq Məhkəməsinə verib.

Bunu Fələstinin xarici işlər naziri Riyad əl-Maliki bildirib.

Onun sözlərinə görə, İsrailin Fələstində törətdiyi qətllərlə bağlı sənədlər Haaqa Beynəlxaq Məhkəməsinə təqdim olunub.

Qeyd edək ki, mayın 14-də Qüdsdə ABŞ səfirliyinin açılışı olub. Buna etiraz edən minlərlə fələstinli Qəzza zolağında aksiya keçirib. İsrail ordusunun açdığı atəş nəticəsində 62 fələstinli həlak olub, 3000-dən çox insan yaralanıb. (Report)

DİGƏR XƏBƏRLƏR

Top