Ermənistan: İsrail qardaş ölkədir, İran isə

Ermənistan İsrail və onun ətrafında baş verən hadisələri etinasız müşahidəçi gözü ilə izləyə bilməz, eləcə də İranla əlaqələri dərinləşdirmək niyyətindədir.

Yeniavaz.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan deyib.

O bildirib: “İsrail bizim üçün qardaş ölkədir, bizim ciddi tarixi-mədəni irsimiz var. Müvafiq olaraq bütün bunlara, İsraildə və onun ətrafında baş verənlərə laqeyd müşahidəçi kimi baxa bilmərik”.

T. Balayan qeyd edib ki, İrəvan Tehranla da əlaqələri dərinləşdirmək istəyir: “Qonşu İran Ermənistanın qarşılıqlı mənfəətli əməkdaşlığı olan yaxın, dost ölkədir”.

DİGƏR XƏBƏRLƏR

Top