Mingəçevirdə mikroavtobusun aşması nəticəsində 7 nəfər xəsarət alıb - FOTO

Mingəçevirdə mikroavtobusun qəzaya düşərək aşması nəticəsində xəsarət alan 7 nəfərin adları məlum olub: Nuriyev Yaşar, Həsənova İlahmə, Həsənova Ləman, Babayeva Humay, Aslanova Şərafət, Kərimli Adil, Məmmədov Pənah.

Mingəçevir şəhər xəstəxanasından verilən məlumata görə, bu şəxslərdən ikisi yüngül xəsarət alıb. Onlara da tibbi yardım göstərilib. Qeyd edək ki, ötən gün şəhərdaxili sərnişin daşıyan 7 nömrəli marşrut xətt avtobusu "Niva" markalı avtomobillə toqquşaraq aşıb. Nəticədə avtobusda olan sərnişinlər xəsarət alıblar. Faktla araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top