"Qarabağ"a kubok və qızıl medallar təqdim olundu - FOTOLAR

Topaz Premyer Liqasında 2017/2018-ci illər mövsümünə yekun vurulub. Bu münasibətlə Peşəkar Futbol Liqası tərəfindən “Azersun Arena”da mükafatlandırma mərasimi və möhtəşəm atəşfəşanlıq təşkil olunub. Mükafatlandıra mərasimi zamanı Topaz Premyer Liqasının çempionu “Qarabağ”a qızıl medallar və çempionluq kuboku təqdim olunub. Medalları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Elxan Məmmədov və Azersun Holdingin İdarə Heyətinin sədri Abdulbari Gözəl təqdim ediblər.

Qeyd edək ki, bu, “Qarabağ”ın ardıcıl 5-ci, ümumilikdə isə 6-cı çempionluğudur.
Mükafatlandırma mərasimindən fotoları təqdim edirik.(Qol.az)

Şəkillər PFL-in saytına məxsusdur
















































DİGƏR XƏBƏRLƏR

Top