"Qəbələ" - "Qarabağ" matçında insident baş verib - VİDEO

Topaz Premyer Liqasının XXVIII turunda - "Qəbələ" və "Qarabağ" komandaları arasındakı matçda fasilə ərəfəsində insident baş verib.

Nominal meydan sahiblərinin kapitanı Cavid Hüseynov Ağdam komandasının futbolçusu Dani Kintana ilə toqquşub.

Bu zaman Hüseynov Kintananın sifətinə dirsək zərbəsi endirib. Olaya müdaxilə edən "Qarabağ"ın kapitanı Rəşad Sadıqov 30 yaşlı yarımmüdafiəçiyə etiraz edib. Bu zaman "Qəbələ"nin oyunçusu Sadıqovu da qolundan itələyib.

Baş hakim Rəşad Əhmədov isə Hüseynovu birbaşa qırmızı vərəqə ilə meydandan qovub.

Qeyd edək ki, ilk yarıdan sonra "Qarabağ" hesabda öndədir - 1:0. (Report)

Qarabağ

DİGƏR XƏBƏRLƏR

Top