"Güzəştli mənzillərin satışı lotereya formatında olsun"

Məlumdur ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) güzəştli mənzillərin onlayn satışının nəticələrini ləğv edib. Düşünürəm ki, doğru və ədalətli qərardı.

Əlbəttə, 760 min manat xərc çəkilən bir sistemin proqram tənminatında nə üçün səhvlərin ola bilməsi, nə üçün təhvil-təslim və testdən keçirilmənin olmaması bir ayrı müzakirə mövzusudur. Ümid edirəm ki, bunu aydınlaşdıracaqlar - bu tip səhvlər bir daha təkrarlanmasın". Yeniavaz.com saytının xəbərinə görə, bunu ekspert Osman Gündüz bildirib.

"İndi isə əsas məsələ ondan ibarətdir ki, yenidən satış necə təşkil olunmalıdır? Mənzil satışı yalnız onlayn formadamı olmalıdır? Fikrimcə, güzəştli mənzillərə iddiaçıların texnologiyalardan, elektron xidmətlərdən istifadə ilə bağlı start vəziyyətləri bərabər olmadığından yalnız onlayn formada satış tam ədalətli hesab olunmaya bilər. Ola bilər ki, güzəştli mənzillərə iddiaçı olan biri heç vaxt elektron xidmətlərdən istifadə etməyib və ya ümumiyyətlə, İT-dən istifadə hazırlığı yetərli deyil. Bəs belə olan halda onun onlayn satışda iştirakı necə olacaq? Hansı ki, qabaqcadan məlumdur ki, onun uduş şansı heç vaxt olmayacaq. Belə olan halda düşünürəm ki, qarışıq sistem təşkil etmək daha ədalətli olardı. Məsələn, satışı lotereya formatında da təşkil etmək olardı. Fikrimcə, qabaqcadan onlayn və oflayn şəffaflıq mexanizmləri hazırlamaqla, zəruri onlayn proseduraları qurmaqla mənzillərin satışını həm də lotereya formatında təşkil etmək faydalı ola bilərdi",-deyə Osman Gündüz bildirib.

DİGƏR XƏBƏRLƏR

Top