Bütün şəhid ataları bir-birinə bənzəyir - FOTOLAR

"Bütün şəhid ataları bir-birinə bənzəyir, hamısının əli qabarlı, beli bükükdü". Yeniavaz.com xəbər verir ki, bunu sosial şəbəkədə Naxçıvanda döyüş tapşırığını yerinə yetirən zaman şəhid olan Adil Tatarovun atasının fotosunu paylaşaraq bir xanım yazıb.

Картинки по запросу adil tatarov

Şəhid Adil Tatarovun atasının fotolarına baxarkən aprel şəhidi Nurlan Abdullazadənin atası Rasim Abdullayevi xatırladım.

Картинки по запросу nurlan abdullazadə

Necə də bir-birlərinə oxşayırlar. Geyim-keçim eyni, yaşayış şəraiti eyni...

Картинки по запросу Cabbar Zeynalovun atası Firudin Zeynalov

Şəhid Cabbar Zeynalovun atası Firudin Zeynalovun ürək dağlayan fotosunu yəqin xatırlayırsınız. Günlərlə sosial şəbəkədə paylaşılmışdı, şərhlər yazılmışdı...

shehid-atasi

Tovuz rayonunun Yanıqlı kəndindən olan şəhid Elvin Əhmədovun atası Süleymanın fotosu da həmçinin. Onun əlində Azərbaycan bayrağı, kədərli-kədərli oğlunun məzarına baxışı yəqin ki, uzun illər unudulmayacaq.

O vaxt bu fotodan təsirlənən aparıcı Murad Arif bu sözləri yazmışdı: "Şəhid atalarının hamısı niyə kasıb, əlləri qabarlı, köhnə paltarlı olur?"

“Vətənimiz sağ olsun! Bayrağımız uca olsun!” – Şəhid atası (FOTOLAR)

Şəhid atası Hidayət Poladovun atası da eynilə. Onun bu fotosunu çəkən jurnalist yazır: "Şəhid atası Hidayət kişi budanmış ağac kimi qollarını aşağı salıb oturmuşdu"...

Görəsən, oğul böyüdənlər arasında onlara bənzəyən daha neçə nəfər var?

Bütün şəhid ataları bir-birinə bənzəyir...

Nicat

DİGƏR XƏBƏRLƏR

Top