Bu siyasətçi prezident seçilsə, Türkiyə NATO-dan çıxacaq

Türkiyə prezidenti vəzifəsinə namizəd, “Vətən” partiyasının lideri Doğu Perinçek bildirib ki, dövlət başçısı seçlsə, Türkiyə NATO-dan çıxacaq.

Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, D. Perinçek deyib ki, NATO Türkiyəni düşmən kimi görür, hərçənd Türkiyə onun üzvüdür.

O xatırladıb ki, bu yaxınlarda alyans keçirdiyi təlimdə Mustafa Kamal Atatürk və Rəcəb Tayyib Ərdoğan hərbi hədəf kimi göstərilib: “ABŞ terrorçu kürd qruplaşmalarına silah verir. Biz hakimiyyətə gələndə Türkiyə NATO-dan çıxacaq, Amerika təyyarələri isə İncirlik aviabazasını tərk edəcək".

DİGƏR XƏBƏRLƏR

Top