İran uranı zənginləşdirməklə hədələdi

Avropalı vasitəçilər ABŞ-ın sazişdən çıxmasından sonra birgə hərtərəfli fəaliyyət planını qoruya bilməsələr, İran uranın 20 faiz səviyyəsinədək zənginləşdirilməsinə qayıda bilər. Yeniavaz.com-un “İnterfaks” qəzetinə istinadən verdiyi məlumata görə, bunu İranın Atom Enerji Təşkilatının rəhbəri Əli Əkbər Salehi deyib. Onun sözlərinə görə, əgər digər tərəf üzərinə götürdüyü öhdəliklərə sadiq qalarsa, Tehran da onlara sadiq qalacaq: “Bizim siyasətimiz ondan ibarətdir ki, bir neçə həftə gözləyək və sonra nə baş verəcəyinə baxaq (ABŞ-ın sazişdən çıxmasından sonra). Qarşımızda bir çox imkan arasında seçim var. Biz uranı 20 faizədək zənginləşdirməyi bərpa edə bilərik”. Xatırladaq ki, İranın sanksiyaları ləğv etmə müqabilində nüvə proqramından imtina haqqında saziş 2015-ci ildə bağlanıb. ABŞ Prezidenti Donald Tramp nüvə sazişini ədalətsiz adlandırıb, Vaşinqton mayın 8-də sazişdən çıxdığını elan edib.

DİGƏR XƏBƏRLƏR

Top