Mağaza işçisinin başında "butulka" sındıran şəxs ələ keçdi - VİDEO

Şirvanda mağazaya basqın edən şəxs saxlanılıb. O, marketin 2 nəfər işçisinə butulka ilə xəsarət yetirib və kassadan pul götürə bilmədikdə oradan qaçıb.

Hadisə mağazadakı müşahidə kameraları tərəfindən anbaan qeydə alınıb.

Əvvəlcə şüşə butulkanı əlinə alıb baxır. Sonra isə butulkanı mağaza işçisinin başına vuraraq onu yerə yıxır.

Ardınca isə kassaya tərəf gedir və oradakı xanıma zərbə endirir. Kassada heçnə tapmadıqda və səs-küy yarandığını gördükdə isə qaçaraq oradan uzaqlaşır. Mağazalardan birinin müşahidə kameraları tərəfindən qeydə alınan bu hadisə Şirvanda baş verib.

Polis əməkdaşlarının apardığı araşdırmalar zamanı hadisəni törədən şəxsin şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 48 yaşlı Vaqif Şirinov olduğu müəyyənləşib. O, Paytaxtın Qaradağ rayonu ərazisində Əlahiddə Çevik Polis Alayının və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Şirvan polisinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. (Xezerxeber)

video

DİGƏR XƏBƏRLƏR

Top