Azərbaycandan İrana qaçaqmal yolu ilə pişik keçirmək istədilər - FOTO

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı sayəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. DSX-nın Mətbuat Mərkəzindən Yeniavaz.com-a verilən məlumata görə, dünən saat 18:50 radələrində Horadiz sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən bir nəfər sərhəd naryadı tərəfindən saxlanılıb.

Sərhəd pozucusunun tutulduğu əraziyə baxış keçirilərkən qutuda “Şotland pişik cinsi”nə aid 10 baş pişik balası aşkar olunub.

Sərhəd pozucusunun İran İslam Respublikasının vətəndaşı, 1983-cü il təvəllüdlü Kakavənd Mima Fərhad olması, pişik balalarını satış məqsədilə İran İslam Respublikasına qaçaqmal yolu ilə aparmaq istəməsi müəyyən edilib. Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top