Nazirlərin vətəndaşları qəbul günləri dəyişdirildi

Kənd təsərrüfatı naziri İnam Kərimovun Yevlax rayonunda Goranboy, Yevlax, Göygöl, Samux və Daşkəsən rayonlarının sakinləri ilə nəzərdə tutlulan görüşünün tarixi dəyişdirilərək may ayının 23-nə keçirilib.

Yeniavaz.com xəbər verir ki, görüşdə iştirak etmək istəyənlər Yevlax Rayon Kənd Təsərrüfatı İdarəsinə (050-435-06-06) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

İqtisadiyyat naziri Şahin Mustafayevin sabah Ağcəbədidə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı da dəyişdirilib.

Bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top