İlin ilk 3 ayında evlənən və boşananların sayı açıqlandı

2018-ci ilin ilk üç ayı ərzində Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 12 min 932 nikah və 3 min 556 boşanma halları qeydə alınıb. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,5 olub.

Cari ilin yanvar-mart ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 1010 nəfər Azərbaycana gələn, 301 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 709 nəfər təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top